ETN Təcrübə-Sənaye Zavodu — Rəsmi sayt
TSZ Logo
ETN
TƏCRÜBƏ-SƏNAYE ZAVODU

Xəbərlər

07.05.2026 14:23

“SALYAN OIL LIMITED” şirkəti ilə uğurlu əməkdaşlıq.

“SALYAN OIL LIMITED” şirkəti ilə əməkdaşlığımız uğurla davam edir və bu çərçivədə məhsulların hazırlanması üzrə işlər ardıcıl şəkildə həyata keçirilir. İlk olaraq sifarişçi tərəfin tələblərinə uyğun məhsullar hazırlanıb, daha sonra onların keyfiyyəti yoxlanılıraq müəyyən standartlara uyğunluğu təsdiq edilib. Növbəti mərhələdə məhsullar təhlükəsiz və düzgün qablaşdırılaraq göndəriş üçün hazır vəziyyətə gətirilib. Sonda isə sifarişin şərtlərinə əsasən məhsullar ən qısa zamanda alıcıya çatdırılır. Biz müştərinin sifarişini əsas götürür, onların məmnuniyyətini təmin etməyi əsas prioritetlərimizdən biri hesab edirik.

06.05.2026 08:31

Novruz Bayramınız Mübarək!

Hörmətli həmkarlar , tərəfdaşlar ! Sizi xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Təbiətin oyanışını, yeniliyi və həyatın yenidən canlanmasını simvolizə edən Novruz bayramı əsrlər boyu milli-mənəvi dəyərlərimizi yaşadan, birlik və həmrəyliyimizi möhkəmləndirən xüsusi bir gündür. Bu bayram hər bir evə ruzi-bərəkət, sevinc və xoş əhval-ruhiyyə gətirir. Novruzun gəlişi ilə qəlblərdə yeni ümidlər cücərir, arzular yenilənir, insanlar bir-birinə daha çox yaxınlaşır. Qoy bu əziz bayram sizə möhkəm cansağlığı, ailə səadəti, uğur və firavanlıq bəxş etsin. Süfrələriniz daim bol, ocağınız isti, qəlbiniz sevinc dolu olsun! Bayramınız mübarək!

06.05.2026 08:31

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

31 Mart Azərbaycan tarixində faciəvi və unudulmayan günlərdən biridir. 1918-ci ilin mart-aprel aylarında Bakı və Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilmiş, minlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilmişdir. Bu hadisələr nəticəsində Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran və digər bölgələrdə yaşayış məntəqələri dağıdılmış, tarixi və mədəni abidələr məhv edilmiş, dinc əhali böyük faciələrlə üzləşmişdir. 1998-ci ildə Heydər Əliyev tərəfindən imzalanmış fərmana əsasən 31 Mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” kimi rəsmiləşdirilmişdir. Bu gün xalqımızın yaddaşında dərin iz buraxmış hadisələrin anılması, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. 31 Mart – yalnız keçmişin acı xatirəsi deyil, həm də milli yaddaşın qorunması və g

06.05.2026 08:30

Ramazan Bayramınız Mübarək!

Hörmətli həmkarlar, tərəfdaşlar, əziz həmvətənlər! Sizi 20 mart tarixində qeyd olunan müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Ramazan ayı insanları birliyə, mərhəmətə, səbir və paylaşmağa səsləyən ən ali mənəvi dəyərləri özündə əks etdirir. Bu mübarək ayın başa çatması ilə qeyd olunan Ramazan bayramı isə cəmiyyətimizdə həmrəyliyin, xeyirxahlığın və qarşılıqlı hörmətin rəmzidir. Bu əziz bayram münasibətilə hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və işlərinizdə uğurlar arzulayırıq. Qoy bu bayram hər bir evə sevinc, bərəkət və xoş ovqat gətirsin, qəlblərdə ümid və inam hissini daha da gücləndirsin. Allah tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin! Bayramınız mübarək!

06.05.2026 08:30

Torpaq Çərşənbəniz Mübarək!

Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini özündə yaşadan İlaxır çərşənbələrin sonuncusu – Torpaq Çərşənbəsi qədim inanclara görə təbiətin tam oyanmasını, torpağın dirçəlməsini və həyatın yenidən canlanmasını simvolizə edir. Bu əziz gündə torpaq nəfəs alır, qışın sərtliyi geridə qalır, baharın ilk müjdələri hiss olunur. İnsanlar əsrlər boyu torpağa xüsusi hörmətlə yanaşmış, onu həyatın, bolluğun və bərəkətin əsas mənbəyi kimi qəbul etmişlər. Torpaq Çərşənbəsi bizə səbrin, zəhmətin və təbiətlə vəhdətin əhəmiyyətini xatırladır. Bu gün hər birimiz üçün yeni başlanğıcların, ümidlərin və gözəl arzuların rəmzidir. Qoy bu müqəddəs gün hər evə ruzi-bərəkət, sevinc və firavanlıq gətirsin. Qəlbləriniz torpaq kimi zəngin, həyatınız isə bərəkətli və uğurlu olsun! ? Torpaq Çərşənbəniz mübarək!

06.05.2026 08:30

Yel Çərşənbəniz Mübarək!

Novruz bayramının gəlişini müjdələyən dörd çərşənbədən üçüncüsü olan Yel Çərşənbəsi xalqımızın zəngin milli-mənəvi dəyərlərini və qədim ənənələrini əks etdirən əlamətdar günlərdən biridir. Qədim inanclara görə, bu çərşənbədə əsən küləklər təbiətin oyanmasına, torpağın canlanmasına və baharın gəlişinə xəbər verir. Yel Çərşənbəsi xalqımızın əsrlər boyu qoruyub saxladığı Novruz ənənələrinin ayrılmaz hissəsi olaraq təbiətin yenilənməsini, həyatın dirçəlişini və yeni başlanğıcları simvolizə edir. Bu gün insanlar baharın gəlişini sevinc və ümidlə qarşılayır, milli adət-ənənələrimizi yaşadaraq gələcək nəsillərə ötürürlər. Yel Çərşənbəsi münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edir, ailələrinizə sağlamlıq, xoşbəxtlik və ruzi-bərəkət arzulayırıq. Qoy bu əziz gün hər birinizə yeni uğurlar və xoş xəbərlər gətirsin.

06.05.2026 08:30

8 Mart – Beynəlxalq Qadınlar Günü

8 Mart – qadınların cəmiyyətdəki rolunu, zəhmətini və nailiyyətlərini qeyd edən əlamətdar gündür. Bu gün dünyada qadınların hüquqlarının qorunması, onların elmə, təhsilə, iqtisadiyyata və ictimai həyata verdiyi töhfələrin qiymətləndirilməsi ilə yadda qalır. Qadınlar tarix boyu ailənin dayağı, cəmiyyətin inkişafının əsas sütunlarından biri olmuşlar. Onlar yalnız ailə həyatında deyil, eyni zamanda elm, təhsil, iqtisadiyyat, mədəniyyət və istehsalat sahələrində də öz zəhmətləri və bilikləri ilə böyük uğurlara imza atmışlar. Müasir dövrdə qadınlar ölkəmizin sosial-iqtisadi inkişafında, elmi və texnoloji tərəqqisində, həmçinin dövlət quruculuğunda fəal iştirak edirlər. Azərbaycan qadını hər zaman yüksək mənəvi keyfiyyətləri, zəhmətkeşliyi və vətənə bağlılığı ilə seçilmişdir. Bu gün də ölkəmizin müxtəlif sahələrində çalışan qadınlar öz peşəkarlıqları, məsuliyyətləri və fədakarlıqları ilə cəmiyyətimizin inkişafına dəyərli töhfələr verirlər. Kollektivdə çalışan xanımlar da öz bilik və bacarıqları, zəhmətləri və məsuliyyətli fəaliyyətləri ilə müəssisənin inkişafına mühüm töhfə verirlər. Onların peşəkarlığı və əzmkarlığı kollektivimizin uğurlarının ayrılmaz hissəsidir. Bu əlamətdar gün münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq. 8 Mart – Beynəlxalq Qadınlar Gününüz mübarək! ?

06.05.2026 08:29

Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirik.

Ramazan ayı İslam aləmində mənəvi kamillik, mərhəmət, səbir, birlik və paylaşma rəmzi kimi dərin əhəmiyyət daşıyır. Bu mübarək ay insanları xeyirxahlığa, yardımlaşmaya, qarşılıqlı hörmət və anlayışa dəvət edir, cəmiyyətimizdə həmrəyliyin və milli-mənəvi dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir. Ramazan ayı boyunca edilən duaların, tutulan orucların və göstərilən xeyirxah əməllərin Uca Allah tərəfindən qəbul olunmasını arzu edirik. Bu müqəddəs ayın hər bir ailəyə sağlamlıq, ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq gətirməsini diləyirik. Əməkdaşlarımıza, tərəfdaşlarımıza və bütün vətəndaşlarımıza mübarək Ramazan ayı münasibətilə ən xoş arzularımızı çatdırırıq. Ramazan ayınız mübarək olsun!

06.05.2026 08:29

Od Çərşənbəniz Mübarək!

Baharın gəlişini müjdələyən Çərşənbələrdən biri – Od Çərşənbəsi xalqımızın zəngin milli-mənəvi dəyərlərini, qədim inanclarını və adət-ənənələrini özündə yaşadan əziz günlərdəndir. Od əsrlər boyu Azərbaycan xalqının dünyagörüşündə müqəddəslik, paklıq, yenilənmə və həyat enerjisinin rəmzi olmuşdur. Tonqalın alovu yalnız fiziki istilik deyil, eyni zamanda mənəvi işıq, ümid və saflaşma anlamı daşıyır. İnsanlar bu gündə tonqal ətrafına toplaşaraq həm köhnə ilin çətinliklərini arxada qoyduqlarına inanır, həm də yeni başlanğıclar üçün ürəklərində inam və güvən yaradırlar. Od Çərşənbəsi birliyin, həmrəyliyin və ailə dəyərlərinin möhkəmləndiyi, insanların bir-birinə daha da yaxınlaşdığı xüsusi bir gündür. Bu ənənəvi bayram xalqımızın tarixə, kökə və milli kimliyə bağlılığının bariz nümunəsidir. Od Çərşənbəsi münasibətilə bütün əməkdaşlarımızı, tərəfdaşlarımızı və xalqımızı səmimi qəlbdən təbrik edirik. Arzu edirik ki, bu müqəddəs alov hər bir ocağa istilik, hər bir ailəyə sevinc, hər bir fəaliyyətə uğur və bərəkət gətirsin. Yanan tonqalların işığı yolumuzu daim aydınlatsın, gələcəyə doğru addımlarımızı daha inamlı və qətiyyətli etsin. Qoy Od Çərşənbəsinin nuru və enerjisi hər birimizin həyatında yeni ümidlərin başlanğıcı olsun. Od Çərşənbəniz Mübarək!

06.05.2026 08:29

26 Fevral – Xocalı Soyqırımı Günü

26 fevral 1992-ci il tarixində Xocalı şəhərində Azərbaycan xalqına qarşı ağır cinayət törədilmişdir. Tarixə Xocalı soyqırımı kimi daxil olan bu faciə nəticəsində yüzlərlə dinc sakin – qadınlar, uşaqlar və qocalar qətlə yetirilmiş, çox sayda insan yaralanmış, əsir və girov götürülmüşdür. Şəhər dağıdılmış, əhali öz doğma yurdlarından məcburi köçkün düşmüşdür. Həmin gecə şəhər ağır artilleriya atəşinə tutulmuş, yaşayış məntəqəsi tamamilə dağıdılmışdır. Dinc əhali qarlı və şaxtalı havada şəhəri tərk etməyə məcbur olmuş, mülki insanlara qarşı xüsusi qəddarlıq nümayiş etdirilmişdir. Bu hadisə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilir.Xocalı faciəsi yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətdir. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq, onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi olaraq qorunacaqdır.

06.05.2026 08:29

Su Çərşənbəniz Mübarək!

Bu gün xalqımızın qədim adət-ənənələrini özündə yaşadan, Novruzun müjdəçisi olan ilk çərşənbə – Su Çərşənbəsi qeyd olunur. Su həyatın, saflığın və yenilənmənin rəmzidir. Su Çərşənbəsi insanlara paklıq, ruzi-bərəkət və yeni başlanğıclar arzulayır. Əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan bu əlamətdar gün birlik, ümid və xeyir-dua rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Hər kəsi Su Çərşənbəsi münasibətilə təbrik edir, ailələrinizə sağlamlıq, firavanlıq və uğurlar arzulayırıq.

06.05.2026 08:28

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin istehsalat təcrübəsinə start verildi.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tələbələri müəssisəmizdə istehsalat təcrübəsinə başlamışdır. Təcrübənin ilk günü çərçivəsində tələbələrlə tanışlıq görüşü keçirilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Görüş zamanı tələbələrə müəssisənin fəaliyyət istiqamətləri, struktur bölmələri, həyata keçirilən layihələr, daxili intizam qaydaları və əməyin mühafizəsi, texniki təhlükəsizlik tələbləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, təcrübə müddətində onların yerinə yetirəcəyi vəzifələr, iştirak edəcəkləri proseslər və qiymətləndirmə meyarları izah olunmuşdur. Bildirildi ki, istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ali təhsil müəssisəsində əldə etdikləri nəzəri biliklərin praktiki mühitdə tətbiq edilməsini təmin etmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və real iş mühitinə adaptasiyasını sürətləndirməkdir. Gənc mütəxəssislərə uğurlar arzulayır, onların gələcək karyeralarında bu təcrübənin mühüm rol oynayacağına inanırıq.

06.05.2026 08:27

20 Yanvar – Ümumxalq Hüzn Günü

20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində faciəvi, eyni zamanda şərəfli bir səhifə kimi yadda qalmışdır. Həmin gün Sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi qanlı qırğın nəticəsində yüzlərlə günahsız insan həlak olmuş, minlərlə vətəndaş xəsarət almışdır. Bu hadisə insanlığa qarşı törədilmiş ağır cinayət olmaqla yanaşı, Azərbaycan xalqının azadlıq, suverenlik və müstəqillik iradəsini sarsıda bilməmişdir. 20 Yanvar faciəsi xalqımızın milli birliyinin, mübarizə ruhunun və Vətənə bağlılığının bariz nümunəsidir. Şəhidlərimizin canı bahasına başlanan azadlıq mübarizəsi son nəticədə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə nəticələnmişdir. Təcrübə-Sənaye Zavodu olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

06.05.2026 08:26

Müasir Azərbaycanın Lideri – İlham Əliyev

Bu gün müasir Azərbaycanın memarı, müdrik və uzaqgörən siyasəti ilə ölkəmizi davamlı inkişaf yoluna çıxaran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə, o cümlədən elm, sənaye və innovasiya istiqamətlərində mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq nüfuzunu daha da möhkəmləndirmişdir. Cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

06.05.2026 08:26

2 Dekabr – Ulu Öndər Heydər Əliyevin Anım Günü

Bu gün xalqımız müasir, müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Heydər Əliyevin ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında göstərdiyi misilsiz xidmətlər, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi istiqamətində apardığı strateji islahatlar və xalqına olan böyük sevgisi onu milli liderimizə çevirib. Onun müəyyən etdiyi inkişaf yolu bu gün də Azərbaycan dövlətinin əsas istiqamətini təşkil edir. “ETN Təcrübə-Sənaye Zavodu”olaraq, Ulu Öndərin elmə, təhsilə və sənayenin inkişafına verdiyi xüsusi dəyəri hər zaman yüksək tuturuq və bu yolda fəaliyyətimizi davam etdirməkdə qərarlıyıq. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.

06.05.2026 08:25

17 Noyabr – Milli Dirçəliş Günü

Elm və Təhsil Nazirliyi Təcrübə-Sənaye Zavodu 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edir. Bu əlamətdar gün Azərbaycanın müasir tarixində milli özünüdərkin, azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının yenidən dirçəlişinin rəmzidir. 1988-ci ilin noyabrında baş verən kütləvi xalq hərəkatı xalqımızın milli birliyini, azadlıq iradəsini və müstəqilliyə olan sarsılmaz inamını bütün dünyaya nümayiş etdirdi. Bu gün biz o tarixi irsin davamçıları olaraq güclü, müstəqil və inkişaf edən Azərbaycanın qurulmasına öz töhfəmizi verməkdə qürur duyuruq. Xalqımıza sülh, rifah və davamlı inkişaf arzulayır, Milli Dirçəliş Gününün hər bir azərbaycanlı üçün qürur və birlik mənbəyi olmasını diləyirik. Milli Dirçəliş Gününüz mübarək!

06.05.2026 08:25

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Bu hadisə Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ olmaqla, ölkəmizin siyasi, iqtisadi və ictimai inkişaf istiqamətlərinin hüquqi əsaslarını müəyyən etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqillik iradəsini, azadlıq və demokratiya prinsiplərini özündə əks etdirən ali hüquqi sənəddir. Konstitusiyada dövlətin əsas prinsipləri, idarəetmə forması, vətəndaşların hüquq və azadlıqları, cəmiyyətin sosial, iqtisadi və mədəni həyatını tənzimləyən fundamental müddəalar təsbit edilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və qəbul olunmuş bu Konstitusiya, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsası kimi Azərbaycanın gələcək inkişafına yön vermişdir. Hər il 12 noyabr tarixinin Konstitusiya Günü kimi qeyd olunması, dövlət müstəqilliyimizin, milli birliyimizin və hüquqi dövlət ənənələrinin təntənəsidir. Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətçiliyimizin daha da möhkəmlənməsini, müstəqil respublikamızın tərəqqisi və rifahı naminə hər bir vətəndaşın fəaliyyətində uğurlar arzulayır.

06.05.2026 08:25

ETN “Təcrübə-Sənaye Zavodu” kollektivi 8 Noyabr – Zəfər Gününün 5 illiyini böyük qürur və iftixar hissi ilə qeyd edir.

Elm və Təhsil Nazirliyi “Təcrübə-Sənaye Zavodu” kollektivi 8 Noyabr – Zəfər Gününün 5 illiyini böyük qürur və iftixar hissi ilə qeyd edir. Bu gün müstəqil Azərbaycanın tarixində şanlı səhifə kimi yazılmış, xalqımızın birlik və həmrəyliyinin, qəhrəman Azərbaycan Ordusunun güc və qüdrətinin təntənəsi olan Zəfər Günüdür. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə — Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, igid Azərbaycan əsgərinin rəşadəti sayəsində mümkün olmuşdur. Bu Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edilmişdir. Zəfər Gününün 5 illiyi münasibətilə Təcrübə-Sənaye Zavodunun kollektivi şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün müharibə iştirakçılarına minnətdarlığını bildirir. Bu Qələbə hər bir azərbaycanlının qəlbində əbədi qürur mənbəyidir. Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Müzəffər Ali Baş Komandana! Qarabağ Azərbaycandır!

06.05.2026 08:24

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etmişdir. Bu tarixi sənədlə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edərək, qədim dövlətçilik ənənələrini yenidən dirçəltmişdir. Bu gün müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün qürur və iftixar günüdür. Biz fəxr edirik ki, azad və müstəqil Azərbaycanın inkişafı, sənayemizin güclənməsi və xalqımızın rifahı naminə fəaliyyət göstəririk. Yaşasın Müstəqil Azərbaycan!

06.05.2026 08:24

Qəhrəman şəhidimiz Rafiq Heydərovun xatirəsi yaşayır: şəhadətindən 5 il ötür

Heydərov Rafiq Rahim oğlu, 2020-ci il 14 oktyabr tarixində Vətən müharibəsində şəhid olub. O, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunda fəaliyyət göstərmiş, vətənpərvərliyi və peşəkarlığı ilə seçilən gənclərdən biri kimi xatırlanır. 1995-ci il iyulun 1-də Bakı şəhərində anadan olan Rafiq Heydərov orta təhsilini 157 nömrəli tam orta məktəbdə alıb. 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunaraq mühəndis ixtisası üzrə təhsil alıb və 2016-cı ildə universiteti bitirib. Daha sonra magistratura pilləsinə daxil olsa da, qısa müddət sonra hərbi xidmətə yollanıb. Rafiq Heydərov 2016-2017-ci illərdə Qusar rayonundakı “N” saylı hərbi hissədə xidmət edib. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə qatılıb və Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Rafiq Heydərov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. O, İkinci Fəxri Xiyabanda dəfn edilib. Hər il oktyabrın 14-də onun doğmaları, təhsil aldığı məktəbin kollektivi, həmçinin AMEA-nın əməkdaşları tərəfindən anım tədbirləri keçirilir. Rafiq Heydərovun adı yaşadığı məhəllədə əbədiləşdirilib, məktəbində xatirə guşəsi yaradılıb. Şəhidimizin atası, Heydərov Rahimə dərin hüznlə başsağlığı veririk. Vətən uğrunda canından keçən qəhrəmanımız Rafiq Heydərovun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Onun timsalında Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.

06.05.2026 08:23

27 Sentyabr – Anım Günü

27 Sentyabr – Anım Günü Bu gün xalqımız üçün ən unudulmaz və müqəddəs günlərdən biridir. 27 Sentyabr Anım Günündə biz Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edirik. Onların qəhrəmanlığı, fədakarlığı və göstərdikləri misilsiz igidlik tariximizin şanlı səhifəsinə həkk olunub. Hər bir şəhidimizin adı xalqımızın qəlbində əbədi yaşayacaq, onların ruhu daim uca tutulacaq. Biz bu gün rahat nəfəs alır, azad torpaqlarımızda qürurla addımlayırıqsa, bu, şəhidlərimizin müqəddəs qanı hesabına mümkündür. Onların hər biri bizim azadlığımızın, gücümüzün və qalibiyyətimizin rəmzidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! ?? Onları heç vaxt unutmayacağıq!

06.05.2026 08:23

ETN “Təcrübə-Sənaye Zavodu” əməkdaşlarının Qubaya 1 günlük gəzintisi təşkil olundu.

Elm və Təhsil Nazirliyinin ”Təcrübə-Sənaye Zavodu”nun və “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası”nın birgə təşkilatçılığı ilə əməkdaşlarımız üçün Qubaya 1 günlük gəzinti təşkil edilib. Gəzintinin məqsədi kollektivin istirahətini təmin etmək, əməkdaşların asudə vaxtlarını səmərəli və faydalı şəkildə dəyərləndirmələrinə şərait yaratmaqdır. Proqram çərçivəsində iştirakçılar Qubanın tarixi və təbii gözəllikləri ilə tanış olub, bölgənin məşhur istirahət məkanlarını ziyarət ediblər. Gəzinti zamanı əməkdaşlar həm iş mühitindən kənar dostluq münasibətlərini gücləndirib, həm də milli-mədəni dəyərlərlə yaxından tanış olmaq imkanı qazanıblar. Müxtəlif əyləncəli və komanda ruhunu gücləndirən oyunlar keçirilib, iştirakçılar bir-biriləri ilə daha sıx əlaqə qurublar. Bu cür tədbirlərin mütəmadi keçirilməsi işçilərin motivasiyasına, həmçinin müəssisə daxilində sağlam əmək münasibətlərinin formalaşmasına töhfə verir. Elm və Təhsil Nazirliyinin Təcrübə-Sənaye Zavodunun rəhbərliyi də qeyd edib ki, belə tədbirlər əməkdaşların həm fiziki, həm də mənəvi rahatlığı üçün mühüm əhəmiyyət daşıyır və gələcəkdə bu istiqamətdə daha geniş layihələrin həyata keçirilməsi planlaşdırılır.

06.05.2026 08:22

Dövlət Məşğulluq Agentliyi və ETN “Təcrübə Sənaye Zavodu” MMC əməkdaşlığı çərçivəsində yeni peşə hazırlığı kursu müvəffəqiyyətlə davam edir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Elm və Təhsil Nazirliyi “Təcrübə Sənaye Zavodu” MMC arasında 24 iyul 2025-ci il tarixində əməkdaşlıq müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, “Kimyəvi analiz laborantı” ixtisası üzrə peşə hazırlığı kursuna 14 nəfər müdavim cəlb olunmuşdur. Kursun əsas məqsədi işsiz və ya işə ehtiyacı olan vətəndaşların əmək bazarında tələb olunan peşə bacarıqlarına yiyələnməsi və gələcək karyera imkanlarının artırılmasıdır. Tədris prosesi həm nəzəri, həm də praktiki bilikləri əhatə edir. Müasir avadanlıqlarla təchiz olunmuş Zavod Elmi təqdiqat – sınaq laboratoriyamızda keçirilən dərslər gənc və peşəkar müəllim heyəti tərəfindən aparılır. Müdavimlər kimyəvi analiz sahəsində əsas biliklərə yiyələnməklə yanaşı, laboratoriya şəraitində real praktiki bacarıqlar da qazanırlar. Bu hazırlıq kursunu uğurla bitirən müdavimlər sertifikatla təqdim olunacaq və onlar üçün kimya sənayesində və digər müvafiq sahələrdə iş tapmaq daha asan olacaqdır.

06.05.2026 08:22

Növbəti istehsalat partiyasının istehsalına start verildi.

ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “S-11 markalı silindr yağı” nın növbəti istehsalat partiyasının hazırlanmasına başlanılıb. Layihə şirkətin texniki tələblərinə və müasir keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirilir. İlk mərhələdə məhsulun resepturası dəqiqləşdirilir, laboratoriya şəraitində sınaq nümunələri hazırlanır və onların göstəriciləri test edilir. Sınaqların müsbət nəticələrindən sonra sifarişin həcminə uyğun istehsalat partiyasının hazırlanmasına start verilir. İstehsal olunan nümunələr əlavə laboratoriya yoxlamalarından keçirilir və nəticələr təsdiqləndikdən sonra məhsul qablaşdırılaraq sifarişçiyə təqdim edilməyə hazır vəziyyətə gətirilir.