Hörmətli həmkarlar , tərəfdaşlar !

Sizi xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.

Təbiətin oyanışını, yeniliyi və həyatın yenidən canlanmasını simvolizə edən Novruz bayramı əsrlər boyu milli-mənəvi dəyərlərimizi yaşadan, birlik və həmrəyliyimizi möhkəmləndirən xüsusi bir gündür. Bu bayram hər bir evə ruzi-bərəkət, sevinc və xoş əhval-ruhiyyə gətirir.

Novruzun gəlişi ilə qəlblərdə yeni ümidlər cücərir, arzular yenilənir, insanlar bir-birinə daha çox yaxınlaşır. Qoy bu əziz bayram sizə möhkəm cansağlığı, ailə səadəti, uğur və firavanlıq bəxş etsin.

Süfrələriniz daim bol, ocağınız isti, qəlbiniz sevinc dolu olsun!

Bayramınız mübarək! 🌸