Səxavət Rüstəmov 14 noyabr 1984-cü ildə Azərbaycan Respublikası Qəbələ rayonunda anadan olmuşdur. İlk təhsilini Qəbələ şəhər 3 saylı orta məktəbdə almış, 2002-ci ildə 1 saylı tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2002-ci ildə Azərbaycan Texniki Universitetinin Ekologiya və Təbii Sərvətlərdən istifadə ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Tempus-Tasis proqramı üzrə magistr təhsili almışdır. 2008-ci ilin dekabrında AMEA NKPİ-də “Neft-Kimya” ixtisası üzrə aspiranturaya qəbul olmuş, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol № 09-k) kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2009–2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2022-ci ildən II Ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində, Menecment ixtisası üzrə alır. 2024-cü ildə AMEA NKPİ-də “Neft-qaz-daş kömür emalı və texnologiyası” ixtisası üzrə doktoranturaya qəbul olmuşdur.
Ailəlidir, 2 övladı var.
ƏMƏK FƏALİYYƏTİ
Fəaliyyəti dövründə AMEA Neft-Kimya Prosesləri İnstitutunda, “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin Elmi Tədqiqat-Sınaq laboratoriyasında, AMEA Elm və Texnologiyalar Parkının Layihələndirmə sektorunda, , “AMEA TSZ” MMC-nin müxtəlif vəzifələrində çalışmışdır. Hal-hazırda isə ETN Təcrübə-Sənaye Zavodunda baş direktor vəzifəsini icra edir.
İCTİMAİ FƏALİYYƏTİ
AMEA Təcrübə-Sənaye Zavodunda, AMEA Neft-Kimya Prosesləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, sədri, həmçinin Həmkarlar Təşkilatının üzvü və sədri olmuşdur.
ELMİ FƏALİYYƏTİ
2010-cu ildə “Aminometilləşmiş fəza çətinlikli tsikloalkilfenolların sintezi və xassələrin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, AMEA Neft-Kimya institutu tərəfindən neft kimyası üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
SEÇİLMİŞ MƏQALƏLƏRİ (Elmi əsərləri)
4 patent, 20 məqalə,13 tezis var.
- 2-tsikloalkil-4-heksilfenolların morfolinlə qarşırıqlı təsir reaksiyalarının tədqiqi. Tezis.Ulu öndər H. Əliyevin anadan olmasının 86 illik yubileyinə həsr olunmuş Respublika Konfransı. ADPU. 2009.səh. 76-77
- Синтез2-гидрокси-5-[1(3)-метилцикло-гексил]-бензил-тетраметиленоксиами-нов и изучение их антиокислительных свойств. Tezis.Ⅶ Бакинская международная Мамедалиевская конференция по нефте-химии, посвященная 80-летию института нефтехимических процессов НАНА. стр. 181-182
- 2-hidroksi-5-(metiltsikloalkil)-benzil-tetrametilenoksi-aminlər sulfatreduksi-yaedici bakteriyalara qarşı bakterisid. Patent. Patent a 2009 0168.
- Metiltsiklenlərlə P-heksilfenolun qarşılıqlı təsir reaksiyalarının bəzi xüsusiyyətləri. məqalə. Bakı Dövlət Universitetinin Xəbərləri. səh.39-44.
- Взаимодействие фенолов с метилцикленами в присутствии катализатора КУ-23. məqalə. Журнал прикладной химии. Т. 84.2011. стр. 2016-2021
- Fəza-çətinlikli tsikloalkilfenollarin morfolinlə aminometilləşmə reaksiyalarinin tədqiqi. Tezis. AR dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “Gənc alimlərin I elm festivalı” çərçivəsində keçirilmiş elmi konfranslarının materialları. 2011. səh.413.
- Синтез нового пленкообразующего вещества на основе п-алкилфенолов. T «Сборник трудов» Ⅳ Международной конференции-школы по химии и физикохимии олигомеров. Kaзань. Том 2. 2011. стр. 58
- Fenollarin morfolinlə aminometilləşmə reaksiyalarının bəzi xüsusiyyətləri. Tezis. AMEA-nın doktorantlarının elmi konfransının materialları.səh. 73-75
- Benzilmorfolinlərin ion maye duzlarının sintezi və neft fraksiyalarının aromatik karbohidrogenlərindən təmizlənməsində ekstragent kimi istifadəsi. məqalə.Azərbaycan Neft Təsərrüfatı. Səh. 58-63
- N-[2-hidroksi-5-(metiltsikloalkil)-benzil]-morfolinlərin ion-maye duzlarının sintezi və xassələri. Tezis. Ümummilli lider Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatcıların V Respublika Elmi Konfransının MATERİALLARI. 2011.səh 77.
- Математическое описание и исследование процесса каталитического циклоалкилирования пара-гексилфенола 1-метилциклогексеном в присутствии КУ-23 на регрессионной модели. məqalə. Грузинский Журнал Химии. стр.279-383.
- Синтез целевых ионно-жидкостных соединений на основе циклоалкилфенолов и исследование их антиокислительных свойств. Tezis VIII Bakı Beynəlxalq Məmmədəliyev konfransının materialı. стр.303-304.
- N-(metilbenzil)-morfolinlərin ion-maye tipli kompleks duzlarının alinması və xassələri. Tezis. Ümummilli lider Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimyanın aktual problemləri” VI Respublika Elmi Konfransının MATERİALLARI. 2012.səh. 87.
- 2-morfolilmetil-5-metilfenolun ion-maye tipli kompleks duzunun sintezi və pestisid kimi sınaqları. Tezis. Qafqaz Universiteti. 2013.
- Müasir tələblərə cavab verən bəzi plastik sürtkülərin yaradılması və istehsalının yaradılması. VI İnternational Scientific Conference of Young Researchers. 2022.səh.128


