Hörmətli həmkarlar, tərəfdaşlar, əziz həmvətənlər!
Sizi 20 mart tarixində qeyd olunan müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.
Ramazan ayı insanları birliyə, mərhəmətə, səbir və paylaşmağa səsləyən ən ali mənəvi dəyərləri özündə əks etdirir. Bu mübarək ayın başa çatması ilə qeyd olunan Ramazan bayramı isə cəmiyyətimizdə həmrəyliyin, xeyirxahlığın və qarşılıqlı hörmətin rəmzidir.
Bu əziz bayram münasibətilə hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və işlərinizdə uğurlar arzulayırıq. Qoy bu bayram hər bir evə sevinc, bərəkət və xoş ovqat gətirsin, qəlblərdə ümid və inam hissini daha da gücləndirsin.
Allah tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin!
Bayramınız mübarək!

