Novruz bayramının gəlişini müjdələyən dörd çərşənbədən üçüncüsü olan Yel Çərşənbəsi xalqımızın zəngin milli-mənəvi dəyərlərini və qədim ənənələrini əks etdirən əlamətdar günlərdən biridir. Qədim inanclara görə, bu çərşənbədə əsən küləklər təbiətin oyanmasına, torpağın canlanmasına və baharın gəlişinə xəbər verir.

Yel Çərşənbəsi xalqımızın əsrlər boyu qoruyub saxladığı Novruz ənənələrinin ayrılmaz hissəsi olaraq təbiətin yenilənməsini, həyatın dirçəlişini və yeni başlanğıcları simvolizə edir. Bu gün insanlar baharın gəlişini sevinc və ümidlə qarşılayır, milli adət-ənənələrimizi yaşadaraq gələcək nəsillərə ötürürlər.

Yel Çərşənbəsi münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edir, ailələrinizə sağlamlıq, xoşbəxtlik və ruzi-bərəkət arzulayırıq. Qoy bu əziz gün hər birinizə yeni uğurlar və xoş xəbərlər gətirsin.