Bu gün xalqımızın qədim adət-ənənələrini özündə yaşadan, Novruzun müjdəçisi olan ilk çərşənbə – Su Çərşənbəsi qeyd olunur.
Su həyatın, saflığın və yenilənmənin rəmzidir. Su Çərşənbəsi insanlara paklıq, ruzi-bərəkət və yeni başlanğıclar arzulayır. Əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan bu əlamətdar gün birlik, ümid və xeyir-dua rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Hər kəsi Su Çərşənbəsi münasibətilə təbrik edir, ailələrinizə sağlamlıq, firavanlıq və uğurlar arzulayırıq.

