ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “S-11 markalı silindr
yağı” nın növbəti istehsalat partiyasının hazırlanmasına başlanılıb. Layihə şirkətin
texniki tələblərinə və müasir keyfiyyət standartlarına uyğun şəkildə həyata
keçirilir.
İlk mərhələdə məhsulun resepturası dəqiqləşdirilir, laboratoriya şəraitində sınaq
nümunələri hazırlanır və onların göstəriciləri test edilir. Sınaqların müsbət
nəticələrindən sonra sifarişin həcminə uyğun istehsalat partiyasının hazırlanmasına
start verilir. İstehsal olunan nümunələr əlavə laboratoriya yoxlamalarından keçirilir
və nəticələr təsdiqləndikdən sonra məhsul qablaşdırılaraq sifarişçiyə təqdim
edilməyə hazır vəziyyətə gətirilir.