Ramazan ayı İslam aləmində mənəvi kamillik, mərhəmət, səbir, birlik və paylaşma rəmzi kimi dərin əhəmiyyət daşıyır. Bu mübarək ay insanları xeyirxahlığa, yardımlaşmaya, qarşılıqlı hörmət və anlayışa dəvət edir, cəmiyyətimizdə həmrəyliyin və milli-mənəvi dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir.
Ramazan ayı boyunca edilən duaların, tutulan orucların və göstərilən xeyirxah əməllərin Uca Allah tərəfindən qəbul olunmasını arzu edirik. Bu müqəddəs ayın hər bir ailəyə sağlamlıq, ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq gətirməsini diləyirik.
Əməkdaşlarımıza, tərəfdaşlarımıza və bütün vətəndaşlarımıza mübarək Ramazan ayı münasibətilə ən xoş arzularımızı çatdırırıq.
Ramazan ayınız mübarək olsun!

