Elm və Təhsil Nazirliyi “Təcrübə-Sənaye Zavodu” kollektivi 8 Noyabr – Zəfər Gününün 5 illiyini böyük qürur və iftixar hissi ilə qeyd edir.

 

Bu gün müstəqil Azərbaycanın tarixində şanlı səhifə kimi yazılmış, xalqımızın birlik və həmrəyliyinin, qəhrəman Azərbaycan Ordusunun güc və qüdrətinin təntənəsi olan Zəfər Günüdür.

 

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə — Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, igid Azərbaycan əsgərinin rəşadəti sayəsində mümkün olmuşdur. Bu Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edilmişdir.

 

Zəfər Gününün 5 illiyi münasibətilə Təcrübə-Sənaye Zavodunun kollektivi şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün müharibə iştirakçılarına minnətdarlığını bildirir.

 

Bu Qələbə hər bir azərbaycanlının qəlbində əbədi qürur mənbəyidir.

 

Eşq olsun Azərbaycan Ordusuna!

Eşq olsun Müzəffər Ali Baş Komandana!

Qarabağ Azərbaycandır!