Elm və Təhsil Nazirliyinin ”Təcrübə-Sənaye Zavodu”nun  və “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası”nın birgə təşkilatçılığı ilə əməkdaşlarımız üçün Qubaya 1 günlük gəzinti təşkil edilib. Gəzintinin məqsədi kollektivin istirahətini təmin etmək, əməkdaşların asudə vaxtlarını səmərəli və faydalı şəkildə dəyərləndirmələrinə şərait yaratmaqdır.

Proqram çərçivəsində iştirakçılar Qubanın tarixi və təbii gözəllikləri ilə tanış olub, bölgənin məşhur istirahət məkanlarını ziyarət ediblər. Gəzinti zamanı əməkdaşlar həm iş mühitindən kənar dostluq münasibətlərini gücləndirib, həm də milli-mədəni dəyərlərlə yaxından tanış olmaq imkanı qazanıblar.

Müxtəlif əyləncəli və komanda ruhunu gücləndirən oyunlar keçirilib, iştirakçılar bir-biriləri ilə daha sıx əlaqə qurublar. Bu cür tədbirlərin mütəmadi keçirilməsi işçilərin motivasiyasına, həmçinin müəssisə daxilində sağlam əmək münasibətlərinin formalaşmasına töhfə verir.

Elm və Təhsil Nazirliyinin Təcrübə-Sənaye Zavodunun rəhbərliyi də qeyd edib ki, belə tədbirlər əməkdaşların həm fiziki, həm də mənəvi rahatlığı üçün mühüm əhəmiyyət daşıyır və gələcəkdə bu istiqamətdə daha geniş layihələrin həyata keçirilməsi planlaşdırılır.