Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Elm və Təhsil Nazirliyi “Təcrübə Sənaye Zavodu” MMC arasında 24 iyul 2025-ci il tarixində əməkdaşlıq müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, “Kimyəvi analiz laborantı” ixtisası üzrə peşə hazırlığı kursuna 14 nəfər müdavim cəlb olunmuşdur.
Kursun əsas məqsədi işsiz və ya işə ehtiyacı olan vətəndaşların əmək bazarında tələb olunan peşə bacarıqlarına yiyələnməsi və gələcək karyera imkanlarının artırılmasıdır. Tədris prosesi həm nəzəri, həm də praktiki bilikləri əhatə edir. Müasir avadanlıqlarla təchiz olunmuş Zavod Elmi təqdiqat – sınaq laboratoriyamızda keçirilən dərslər gənc və peşəkar müəllim heyəti tərəfindən aparılır.
Müdavimlər kimyəvi analiz sahəsində əsas biliklərə yiyələnməklə yanaşı, laboratoriya şəraitində real praktiki bacarıqlar da qazanırlar. Bu hazırlıq kursunu uğurla bitirən müdavimlər sertifikatla təqdim olunacaq və onlar üçün kimya sənayesində və digər müvafiq sahələrdə iş tapmaq daha asan olacaqdır.







