Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tələbələri müəssisəmizdə istehsalat təcrübəsinə başlamışdır. Təcrübənin ilk günü çərçivəsində tələbələrlə tanışlıq görüşü keçirilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı tələbələrə müəssisənin fəaliyyət istiqamətləri, struktur bölmələri, həyata keçirilən layihələr, daxili intizam qaydaları və əməyin mühafizəsi, texniki təhlükəsizlik tələbləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, təcrübə müddətində onların yerinə yetirəcəyi vəzifələr, iştirak edəcəkləri proseslər və qiymətləndirmə meyarları izah olunmuşdur.
Bildirildi ki, istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ali təhsil müəssisəsində əldə etdikləri nəzəri biliklərin praktiki mühitdə tətbiq edilməsini təmin etmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və real iş mühitinə adaptasiyasını sürətləndirməkdir.
Gənc mütəxəssislərə uğurlar arzulayır, onların gələcək karyeralarında bu təcrübənin mühüm rol oynayacağına inanırıq.








