27 Sentyabr – Anım Günü
Bu gün xalqımız üçün ən unudulmaz və müqəddəs günlərdən biridir. 27 Sentyabr Anım Günündə biz Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edirik.
Onların qəhrəmanlığı, fədakarlığı və göstərdikləri misilsiz igidlik tariximizin şanlı səhifəsinə həkk olunub. Hər bir şəhidimizin adı xalqımızın qəlbində əbədi yaşayacaq, onların ruhu daim uca tutulacaq.
Biz bu gün rahat nəfəs alır, azad torpaqlarımızda qürurla addımlayırıqsa, bu, şəhidlərimizin müqəddəs qanı hesabına mümkündür. Onların hər biri bizim azadlığımızın, gücümüzün və qalibiyyətimizin rəmzidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! 🇦🇿
Onları heç vaxt unutmayacağıq!


