26 fevral 1992-ci il tarixində Xocalı şəhərində Azərbaycan xalqına qarşı ağır cinayət törədilmişdir. Tarixə Xocalı soyqırımı kimi daxil olan bu faciə nəticəsində yüzlərlə dinc sakin – qadınlar, uşaqlar və qocalar qətlə yetirilmiş, çox sayda insan yaralanmış, əsir və girov götürülmüşdür. Şəhər dağıdılmış, əhali öz doğma yurdlarından məcburi köçkün düşmüşdür.

Həmin gecə şəhər ağır artilleriya atəşinə tutulmuş, yaşayış məntəqəsi tamamilə dağıdılmışdır. Dinc əhali qarlı və şaxtalı havada şəhəri tərk etməyə məcbur olmuş, mülki insanlara qarşı xüsusi qəddarlıq nümayiş etdirilmişdir. Bu hadisə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilir.Xocalı faciəsi yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətdir.

Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq, onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi olaraq qorunacaqdır.