20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində faciəvi, eyni zamanda şərəfli bir səhifə kimi yadda qalmışdır. Həmin gün Sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi qanlı qırğın nəticəsində yüzlərlə günahsız insan həlak olmuş, minlərlə vətəndaş xəsarət almışdır. Bu hadisə insanlığa qarşı törədilmiş ağır cinayət olmaqla yanaşı, Azərbaycan xalqının azadlıq, suverenlik və müstəqillik iradəsini sarsıda bilməmişdir.
20 Yanvar faciəsi xalqımızın milli birliyinin, mübarizə ruhunun və Vətənə bağlılığının bariz nümunəsidir. Şəhidlərimizin canı bahasına başlanan azadlıq mübarizəsi son nəticədə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə nəticələnmişdir.
Təcrübə-Sənaye Zavodu olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.




