1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etmişdir. Bu tarixi sənədlə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edərək, qədim dövlətçilik ənənələrini yenidən dirçəltmişdir.

Bu gün müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün qürur və iftixar günüdür.

Biz fəxr edirik ki, azad və müstəqil Azərbaycanın inkişafı, sənayemizin güclənməsi və xalqımızın rifahı naminə fəaliyyət göstəririk.

Yaşasın Müstəqil Azərbaycan! 🇦🇿