Elm və Təhsil Nazirliyi Təcrübə-Sənaye Zavodu 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edir.

Bu əlamətdar gün Azərbaycanın müasir tarixində milli özünüdərkin, azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının yenidən dirçəlişinin rəmzidir. 1988-ci ilin noyabrında baş verən kütləvi xalq hərəkatı xalqımızın milli birliyini, azadlıq iradəsini və müstəqilliyə olan sarsılmaz inamını bütün dünyaya nümayiş etdirdi.

Bu gün biz o tarixi irsin davamçıları olaraq güclü, müstəqil və inkişaf edən Azərbaycanın qurulmasına öz töhfəmizi verməkdə qürur duyuruq.

Xalqımıza sülh, rifah və davamlı inkişaf arzulayır, Milli Dirçəliş Gününün hər bir azərbaycanlı üçün qürur və birlik mənbəyi olmasını diləyirik.

Milli Dirçəliş Gününüz mübarək!