Bu gün xalqımız müasir, müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Heydər Əliyevin ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında göstərdiyi misilsiz xidmətlər, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi istiqamətində apardığı strateji islahatlar və xalqına olan böyük sevgisi onu milli liderimizə çevirib. Onun müəyyən etdiyi inkişaf yolu bu gün də Azərbaycan dövlətinin əsas istiqamətini təşkil edir.

“ETN Təcrübə-Sənaye Zavodu”olaraq, Ulu Öndərin elmə, təhsilə və sənayenin inkişafına verdiyi xüsusi dəyəri hər zaman yüksək tuturuq və bu yolda fəaliyyətimizi davam etdirməkdə qərarlıyıq.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.

Screenshot
Screenshot
Screenshot